Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Diana: "Fərqi yoxdur yaşlıdır, əsas pulu çox olsun" - VİDEO

Keçmiş model Diana Əhədpul rejissor Nail Naiboğlunun verilişinin qonağı olub.

Publika.az xəbər verir ki, o, varlı iş adamına ərə getməsindən danışıb. Vurğulayıb ki, əri ərəb şeyxi deyil, İran azərbaycanlısıdır:

"Liftdə tanış olmuşuq. Həmin an həyatımı 180 dərəcə dəyişdi. Həyat yoldaşım mənim xilaskarımdır. Bizim bəxtimiz bizim əlimizdədir. Özümüz öz həyatımızın memarıyıq. Bugünki həyatımı özüm seçmişəm. Özümdən 35 yaş böyük birinə ərə getməyi də özüm planlamışam. Hər zaman deyirdim, mənim üçün fərqi yoxdur, yaşlı olsun, cavan olmasın, amma pulu çox olsun. Uşaqlıqdan yaxşı yaşamağı arzulamışam. Nəyisə deyib və inanırıqsa, başımıza gəlir".

Ətraflı videmüsahibədə: