Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Döyülərək öldürüldüyü iddia edilən idmançının həyat yoldaşı danışdı -

3 gün öncə nikah mərasimi keçirilən idmançı Kamal Namazovun döyülərək öldürülməsi barədə yayılan məlumatlar düzgün deyil.

Bunu Trend-ə açıqlamasında K.Namazovun həyat yoldaşı Ayşən Şirəliyeva deyib. O bildirib ki, həyat yoldaşı qəfil vəfat edib:

"Həmin gün Kamalla birlikdə marketdən evimizə alış-veriş etmişik. Axşamtərəfi Kamal yatdı və yuxuda dünyasını dəyişdi.

Onun idman zalında döyülməsi və həmin xəsarətlərdən dünyasını dəyişməsi yalandır. Yayılan məlumatlar düz deyil. Sosial şəbəkədə stresdən nə yazmışam, bilmirəm".

Xatırladaq ki, sosial şəbəkələrdə 3 gün əvvəl nikah mərasimi keçirilən idmançı Kamal Namazovun idman zalında döyülməsi və həmin xəsarətlərdən ölməsi ilə bağlı məlumatlar yayılıb. Faktla bağlı prokurorluqda araşdırmalar başlanılıb.

Milli.Az