Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Erməni təxribatının səbəbkarı İrandır - Fransız politoloq

Erməni hərbçiləri belə bir addım atıbsa, deməli, Ermənistan tərəfi atəşkəs şərtlərinə əməl etməyib və bu, çox ciddi bir məsələdir.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a fransız ekspert Naim Asas Ermənistanın Qarabağdakı son təxribatları barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu cür təxribat son dərəcə təhlükəli olduğu üçün Azərbaycan hakimiyyəti Rusiya və Türkiyədən müdaxilə etməsini istəməlidir:

"İran qoşunlarının Azərbaycan sərhədləri tərəfdə hərəkətliliyinin bu məsələdə çox böyük əhəmiyyəti var. Belə bir təxribatın arxasında başqa bir müharibəyə başlaya biləcək görünməz əllərin dayandığı güman edilir", - deyə fransız mütəxəssis bildirib.

Milli.Az