Azerbaijan

Ermənistan Qarabağda yeni təxribatlar hazırlayır -

"Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində rus sülhməramlısının yanında erməni traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar və ötən gün Suqovuşanda Azərbaycanın mülki avtomobilini qanunsuz erməni silahlılarının atəşə tutması Ermənistanın təxribatlarının artacağından xəbər verir". 

Bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Ekspert bildirib ki, ermənilər çalışırlar bu gün Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı kontingentini bölgədən uzaqlaşdırsınlar:

"Bu hadisələr kim tərəfindən törədilir, bax bu məsələnin üstünə getmək lazımdır. Demirlər mülki adam sinayperlə vurulubdur, təkzib etmirik, vurula bilər. Amma hansı ağıllı adam rus sülhməramlısının yanındakı mülki şəxsə atəş açar? Təbii ki, buradan da açıq-aydın görünür ki, ermənilər artıq təxribata keçiblər. Bu təxribatlar hələ də davam edəcəkdir. Mülki infrastrukturun bərpa edilməsi üçün Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması ermənilər hazırladığı növbəti təxribatıdır.

Nə üçün bunu edirlər?

Qarabağda qalan qanunsuz erməni silahlıları bunu etməklə Qərbə xidmət göstərən qüvvələr var ki, hansı ki, çalışırlar bu gün Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı kontingentini bölgədən uzaqlaşdırsınlar, yaxud da saylarını azaltsınlar. Əvəzində Qərbin, Fransanın sülhməramlılarını gətirib bu ərazilərə yerləşdirməyə nail olsunlar. Burada güyaki onlar Rusiya ilə balans yaradacaqlar. Güya Rusiya hansı ərazidəki Azərbaycanla bacara bilmir, hansı ki, o ərazidə vəziyyət daim gərgin olaraq qalır, güya Rusiya bacara bilmir, çalışırlar Qərbə məxsus qüvvələri yerləşdirsinlər. Bu proses artıq onlarda uzun müddətdir gedir. İndi də gündəmə çıxarıblar. Bu məsələlər hamısı bir-birinə bağlıdır və heç kim də bilmir ki, sabah bizə qarşı hansı təxribat baş verə bilər.

O da aydın məsələdir ki, bunlar bir mərkəzdən idarə olunur, bir mərkəzdən tapşırıqlar verilir ki, təxribatlara başlayın. Bununla da dünyaya çatdırmaq istəyirlər ki, "görürsünüz, siz deyirsiniz ki, azərbaycanlılarla bir yerdə yaşayın, orada sülhməramlılar var. Amma biz burada onlarla necə yaşaya bilərik?! O günü bizim traktoristi sinayperlə vurdular, sonra başqa hadisələr baş verir". Yenə deyirəm, Azərbaycan əsgəri istər sülhməramlının yanında olsun, istər olmasın, erməni mülki vətəndaşa heç vaxt atəş açmaz, öldürməz. 

Yəni, belə təxribatlarla eyni zamanda çalışırlar ki, Rusiya sülhməramlıları ilə bizim aramızı vursunlar. Dünən Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobilimizin atəşə tutulması ilə bizim ictimaiyyətdə görün nə fikir, nə rəy yaratdılar: "Necə oldu rus sülhməramlıların yanında avtomobilimizi atəşə tutdular". Görürsünüz, artıq Azərbaycan ictimiayyətində buna qarşı reaksiya var, sülhməramlılara qarşı qıcıq yaranır. Bunların hamısı ermənilər tərəfindən hesablanmış ardıcıl təxribatlardır". 

Təhməz Əsədov
Milli.Az

Football news:

Gary Lineker: I don't understand why Lacazette doesn't play anymore. Probably there must be a reason, but I don't see it
Infantino about the World Cup every 2 years: The pros are obvious. When it was decided to hold it once every 4 years, there were 40 teams, and now 211
Arteta on 2-2 with Crystal Palace: Arsenal dominated at the beginning, but lost control of the game
Ben Foster: Being a goalkeeper, you think: Lord, don't let Salah get through. He is one of the best players in the world at the moment
Neville about Manchester United: Ask Sulscher in a personal conversation if he would like to return last year's squad, and he will say yes
Pique organized the Balloon World Cup. It's simple: you can't drop 🎈 on the floor. Although who said just?!
Lacazette on the goal in the 95th minute: Arsenal showed character. I have to work to get time