Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Forma-11 ala bilməyən müharibə iştirakçısı - VİDEO

23 yaşlı Muxtar 44 günlük Vətən Müharibəsində Füzuli,Ağdam və Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli rayonunda düşmənin açdığı minamyot güllləsinə tuş gələrək sol ayağından qəlpə yarası alıb.

Müharibə vaxtı ara sakitləşən zaman Muxtar hospitala enmək istəyib, ancaq ağır müharibə şəraiti buna imkan verməyib.Təxris olunub gəldikdən sonra isə o, ayağının irinləməsi və ağrılarının azalmaması səbəbindən Ağstafa rayon xəstəxanasına yollanıb. Həkimlər onun ayağında qəlpə qaldığını müəyyən ediblər. Qəlpə ayaq sinirlərinə yaxın olduğundan onu çıxarmaq təhlükəli olub. Muxtar indi bir ayağında qəlpə ilə gəzir. Ən maraqlısı isə odur ki, bu qəlpəni müharibə zamanı aldığını sübut edə bilmir. Bu da təbii ki Abdullayevlər ailəsini ciddi narahat edir.

Muxtar Abdullayev müharibədə yaralandığına görə hazırda əziyyət çəkir, amma bunu təsdiq edən sənədi yəni forma-11 i hərbi hissədən ala bilmir. Ailənin maddi durumu aşağı olduğuna görə, Muxtarı öz hesablarına müalicə etdirmək imkanına da malik deyillər. Muxtarın da forma-11 sənədi olmaması səbəbindən Vətən Müharibəsində yaralanan digər iştirakçılar kimi onlara edilən güzəşt və imtiyazlardan yararlana bilmir. Biz Muxtarın evində artıq çəkilişimizi yekunlaşdırırdıq ki, Muxtarın döyüş yoldaşlarının da gəldiyini gördük. Onlarla da həmsöhbət olduq. Keçmiş döyüşçülər bildirdilər ki, Muxtar yaralananda biz də yanında idik.

Muxtar Abdullayevin bütün problemlərini dinlədik. Və demək olar ki, onun bütün problemlərinin kökü forma-11 sənədini ala bilməməsi ilə bağlıdır. Bu barədə Müdafiə Nazirliyinə bildirdik. Muxtar Abdullayevin problemlərindən onları da xali etdik. Araşdırılma aparıldıqdan sonra Nazirlik tərəfindən bizə bildirildi ki, Muxtar Abdullayevlə əlaqə saxlanılıb, ona qaydalar izah olunub və əlaqə nömrəsi verilərək hərbi həkim komissiyasına dəvət olunub. Burada vətəndaşa köməklik göstəriləcək.

Milli.Az Real Tv-nin sujetini təqdim edir:

Milli.Az