Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Gürcüstanın hakim partiyasının

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının üzvü Tsalka bələdiyyəsində müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarının fiziki zorakılığına məruz qalıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə hakim partiyanın yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, qarşıdurma siyasi motivlər əsasında noyabrın 29-da rayonun Ərcivan-Sarvan kəndində baş verib. İnsident zamanı həmin kənddə yaşayan VMHP tərəfdarı Vasif İbrahimov "Gürcü Arzusu"nun üzvü və Tsalka merinin Tecis kəndi üzrə nümayəndəsi Nüsrət Heydərovu təhqir edib, daha sonra fiziki təzyiq göstərib.

Qeyd olunub ki, qarşıdurma zamanı V.İbrahimov N.Heydərovla "Gürcü Arzusu"ndakı fəaliyyətinə görə mübahisə edib. Mübahisə daha sonra davaya keçib. V.İbrahimov N.Heydərovun üzünə yumruqla vurub, nəticədə onun burun və göz nahiyəsində xəsarətlər əmələ gəlib.

Hakim partiya hadisənin şahidlərinin olduğunu bildirib.

Milli.Az