Hadrutda nəşi tapılan hərbi qulluqçunun adı açıqlandı

Baş Prokurorluq itkin düşmüş daha bir hərbi qulluqçunun nəşinin Hadrutda tapılması ilə bağlı məlumat yayıb.

Qurumdan Trend-ə daxil olan məlumatda deyilir:

"Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildiririk ki, itkin düşmüş daha bir hərbi qulluqçunun - gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilmiş, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcəkdir".