Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Haitidəki missiyasının müddəti uzandı

BMT Təhlükəsizlik Şurasında Haitidəki missiyanın müddətinin 9 ay uzadılması üzrə səsvermə baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, missiyanın uzadılmasının lehinə Təhlükəsizlik Şurasının bütün 15 üzvü səs verib.

Məlumata əsasən, missiya dəyişməz olaraq uzadılır, lakin qarşıdakı 9 ay ərzində BMT katibliyi ölkənin son aylarda qarşılaşdığı problemləri nəzərə alaraq mümkün düzəlişlər üçün qiymətləndirmə aparmalıdır.

Missiyanın mandatı fəaliyyətinin son günündə uzadılıb. İndi missiya 15 iyul 2022-ci ildə başa çatacaq.

Milli.Az