İmişlidə avtomobil piyadanı vuraraq öldürüb

İmişlidə avtomobil piyadanı vurub.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə İmişli şəhərində qeydə alınıb. "Mercedes" markalı avtomobil yolu keçən İmişli şəhər sakini, 1956-cı il təvəllüdlü Abbasov Vahid Yengibar oğlunu vurub. Piyada ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırlandan bir qədər sonra orada ölüb.

Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.