Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Interbrand: Samsung Electronics dünyanın ən yaxşı brendlərinin ilk 5-liyindədir

"Samsung Electronics" beynəlxalq konsaltinq şirkəti Interbrand tərəfindən hazırlanan "Dünyanın 100 ən yaxşı brendi 2021" reytinqində beşinci yerdə qərarlaşıb. Samsung brendi 74 milyard 600 milyon dollar dəyərində qiymətləndirilir ki, bu da şirkətin beşliyə ilk dəfə daxil olduğu keçən illə müqayisədə 20% daha çoxdur. Bu, 2013-cü ildən bəri ən yüksək illik artım tempidir. Həmçinin, bu göstərici dünyanın ən yaxşı 100 brendinin orta artım tempindən iki dəfə artıqdır. Samsung Electronics brendi 2012-ci ildən bəri ilk onluqdadır. Qeyd edək ki, şirkət 20 il əvvəl siyahıda birinci dəfə yer alaraq, 43-cü yerdə qərarlaşmış və 2010-cu ildə sürətlə yüksələrək 19-cu yerə yüksəlmişdir. Interbrand qeyd  edir ki, Samsung Electronics brendinin dəyər artımının əsas amilləri bunlardır:
• şirkətin istifadəçi yönümlü idarəetmə sisteminə keçidi;
• müntəzəm inkişafın təmin edilməsi üçün davamlı tədbirlərin, o cümlədən korporativ sosial məsuliyyət konsepsiyasına uyğun olaraq həyata keçirilən müxtəlif kampaniyaların, buna misal olaraq: Together for Tomorrow! Enabling People kimi proqramlar, televizorlar üçün eko-qablaşdırma və Galaxy Upcycling kimi korporativ miqyasda davamlılıq təşəbbüslərinin irəli sürülməsi;
• Galaxy Z Flip3, Neo QLED televizorları və Bespoke məişət texnikası xətti də daxil olmaqla innovativ məhsulların buraxılması;
• davamlı sərmayə ilə idarə olunan süni intellekt (AI), 5G, "ağıllı" avtomobillər və robototexnika kimi qabaqcıl texnologiyaların inkişafında liderlik.


  "Samsung Electronics-in keçən ildən bəri dünyanın ən yaxşı 5 brendi arasında yer aldığını görməkdən məmnunuq hissi duyur və bu il şirkətin iki rəqəmli artıma nail olmasına səmimi qəlbdən sevinirik. Bu, 2013-cü ildən bəri Samsung-un marka dəyərində ən böyük sıçrayışdır "deyə Samsung Electronics-in marketinq direktoru Y.H. Li. qeyd etmişdir."Biz istehlakçıların istəklərini dinləməyə davam etmək üçün istifadəçi mərkəzli idarəetmə modelimizdən istifadə edəcəyimizə söz veririk. Dünyanın hər yerindən onlardan aldığımız böyük dəstəyi bu yolla ödəyəcəyik".
Qeyd edək ki, Interbrand şirkətlərin brend dəyərini bir çox amillərin, o cümlədən maliyyə göstəricilərinin, brendin alışlara təsirini və rəqabət qabiliyyətinin hərtərəfli təhlili əsasında qiymətləndirir.

  Bundan əlavə, oktyabr ayında Samsung, Forbes-in "Dünyanın Ən Yaxşı İşəgötürənləri 2021" siyahısında ardıcıl ikinci il IBM və Microsoft-u keçərək birinci yeri tutdu. Forbes hər il 58 ölkədə ölkədə və ya regionda fəaliyyət göstərən şirkətlərdə çalışan təxminən 150 000 işçi arasında sorğu keçirir. Bu il respondentlərdən işəgötürənin COVID-19 pandemiyasına reaksiyasından məmnunluq dərəcəsini qiymətləndirmək, həmçinin onu imic, iqtisadi təsir, işçilərin inkişafı, gender bərabərliyi və sosial məsuliyyət kimi meyarlara əsasən qiymətləndirmələri xahiş olunub.