İranda son sutkada 223 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 223 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 964 nəfər yoluxub.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 123 498 nəfərə, yoluxanların sayı isə 5 754 047 nəfərə çatıb. Virus daşıyıcılarından 4 983 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 280 624 nəfər koronavirusdan sağalıb, 33,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 69,6 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 47,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 22,3 milyon təşkil edir.