Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Jirinovski Dumada gündəmi darmadağın etdi

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Rusiya Dövlət Dumasında büdcə müzakirələri aparıldığı zaman yenidən sərt çıxışı ilə yadda qalıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Nəzarət Komitəsinin sədri Oleq Morozov sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə əsasən, Jirinovski Rusiya Federasiyası Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Züqanovu sosializm ideyasını zəhərləməkdə ittiham edib.

“Jirinovski Zyuqanova belə dedi: "Məhz siz sosializm ideyasını zəhərlədiniz!” Sonra da dedi ki, Ədalətli Rusiya fraksiyası sizdən daha pisdir!” O, kommunistləri, Ədalətli Rusiya fraksiyasını və ümumiyyətlə, yeni deputatları mandatlarından məhrum etməyi təklif etdi.

Jirinovski gündəliyi darmadağın etməyi əla bacarır. Yaddan çıxarmayaq ki, biz büdcəni müzakirə edirdik”, - deyə Morozov yazıb.