Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Kobaxidze: "Saakaşvili dövlət büdcəsi hesabına botoks etdirib"

"Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze sabiq prezident Mixeil Saakaşvilinin bir sıra korrupsiya fəaliyyətlərinin olduğunu bildirib.

Publika.az gürcü mediasına istinadla xəbər verir ki, Kobaxidze Saakaşvilinin dövlət büdcəsi hesabına botoks etdirdiyini deyib. Onun sözlərinə görə, kostyumlar məsələsində ağır cinayətlər var:

"O, övladının ağıllı olduğunu və buna görə də təhsil haqqının qarşılandığını bildirib. İndi biz də bütün deputatların ağıllı uşaqlarının siyahısını hazırlayaraq onların təhsil haqlarını ödəyək? Bütün bunlar biabırçılıqdır. Çox ciddi cinayət əməlləri törədilib. Saakaşvili törətdiyi əməllərə görə cavab verməlidir".

İrakli Kobaxidze Saakaşvilinin Gürcüstanın işğal altındakı ərazilərinin müxtəlif ölkələr tərəfindən rəsmi olaraq tanınması üçün vəsaitlərin xərcləndiyi barədə çıxışına da münasibət bildirib: "O, uşağının təhsil xərclərini bunun üçün ödəyirdi? Kostyumları buna görə alırdı? Buna görə botoks etdirirdi? Burkina-Faso prezidenti ilə görüşə botokssuz getsəydi, o, Abxaziyanın müstəqilliyini tanıyardı?! Bilirsiniz, fakt faktlığında qalır və sualların çoxu cavabsızdır".

Tural Turan