Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Külək və günəş energetikası qlobal istiləşməni dayandıra bilməyəcək?

Bərpa olunan enerjinin istehsal tempi ildən-ilə artır. Lakin ABŞ-dan, Avstriyadan və İsveçdən olan tədqiqatçılar dünyanın 60 ölkəsində külək və günəş enerjisi tempinin artmasını analiz edəndən sonra belə qənaətə gəliblər ki, qlobal istiləşmənin 1.5 və hətta 2 dərəcə Selsi göstəricidə məhdudlaşdırılması üçün həmin ölkələr öz energetik sahələrini lazımi sürətdə yenidən qurmurlar. İqlim dəyişikliyi üzrə ölkələrarası mütəxəssislər qrupu temperaturun qlobal yüksəlməsi prosesini 1.5 və hətta 2 dərəcə Selsi göstəricidə məhdudlaşdırmağa imkan verə biləcək ssenariləri təyin ediblər. Təyin edilmiş ssenarilərdən çoxu bərpa olunan enerji mənbələrinin sürətli inkişaflarını tələb edir.

Söhbət, bütün dünyada külək enerjisinin istehsal miqdarının illik 1.4%, günəş enerjisinin istehsal miqdarının isə illik 3% artırılmasından gedir. Lakin aparılmış tədqiqatlara əsasən bərpa olunan enerji mənbələrinin bu cür inkişaf tempi hələ heç bir ölkə tərəfindən reallaşdırıla bilməz. Dünyanın 60 ölkəsinin energetika sahəsinin vəziyyətinin analizi üçün istifadə edilmiş yeni riyazi üsullar sayəsində tədqiqatçılar aşkar ediblər ki, dəniz küləyinin maksimal artım tempi bütün dünyanın elektrik təchizatı miqdarının yalnız 0.8%-ni təşkil edir. Günəş enerjisi üçün isə bu göstərici 0.6%-dir.

Bərpa olunan enerji mənbələrinin inkişaf templəri bir qədər yüksək sürətlə Portuqaliya, Çili və İrlandiya kimi kiçik ölkələrdə artır. Böyük ölkələrə gəldikdə isə onların arasında yalnız Almaniya iqlim stabilizasiyasına şərait yarada biləcək inkişaf templərinə nail ola bilib. Buna görə də qoyulmuş iqlim məqsədlərinə nail olmaq üçün bütün dünya yeni növ elektrostansiyaları Almaniyadakı sürətlə inşa etməlidir. Bununla yanaşı tədqiqatçılar bildiriblər ki, külək və günəş energetikasının inkişaf sürəti müəyyən limitə sahib ola bilər və bu səbəbdən də iqlim üzrə digər tədbirlərin istifadə imkanlarını sistematik analiz etmək lazımdır.

Milli.Az