Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Məşhur azərbaycanlı iş adamı adını dəyişdi

ABŞ-da həbs olunmuş, etiraflardan sonra azadlığa buraxılmış Rza Zərrabın ilk görüntüləri ortaya çıxıb. Azərbaycanlı iş adamı adını dəyişib.

Bizimyol.info xəbər verir ki, Rza Zərrab bundan sonra Aaron Qoldsmit kimi tanınacaq. İş adamı atçılıqla məşğul olmağa başlayıb. O, “PS Dressage” at cinsinin yetişdirilməsinə pul yatırıb.

Rza Zərrab ictimaiyyət qarşısına atçılıq mərkəzinin açılışında çıxıb. O, yeni biznesini Floridanın cənubunda qurub. Kameralar qarşısına çıxan Zərrab 20 ildir bu işin içində olduğunu deyib: “At təlimlərinə başlamaq qərarına gəldik. Allaha şükür ki, arxamda yaxşı heyət var”.

Azərbaycanlı iş adamı jurnalistlərə “Sonata” adlı atı xüsusilə tərifləyib. O, həmin atı gələn il yarışlara göndərəcəyini bildirib.

Rza Zərrab 2013-cü ilin dekabrında rüşvət və qaçaqçılıq ittihamıyla həbs olunmuşdu. Türkiyənin məşhur müğənnisi Ebru Gündəşin keçmiş həyat yoldaşı həbsdə cəmi iki ay keçirmişdi. Rza Zərrab 2016-cı ildə bank dələduzluğu ittihamıyla bir daha həbs olunsa da, yenə azadlığa çıxmağı bacarıb.

Bizimyol.info