Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Mətanətin evində qızının ağlayan videosunu yaydı - VİDEO

Əməkdar artist Mətanət İsgəndərli ilə gəlini Canana arasındakı qalmaqal getdikcə daha da böyüyür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənninin ötən gün gəlini ilə bağlı dediyi sözlər qarşı tərəfi özündən çıxarıb. Canana ötən gündən sosial şəbəkədə M.İsgəndərli ilə bağlı ittihamlar yer alan postlar paylaşır.

O, bu dəfə qayınanasının adını qoyduğu qızı Mətanətin ağlayan videosunu yayımlayıb.

"Körpələrim əziyyət çəkirlər, qəyyumluq onları sorğuya aparan gündən uşaqlarımı əlimdən alıblar. Psixoloji onların beyninə yeridiblər, uşaqları öyrədiblər ki, atanızı seçin sizi gəzdiəcəyik, oyuncaqlar alacağıq. Böyük oğlum dedi ki, onları seçəcəm, ona nələr vəd ediblər. Uşaqlarıma onların vəd etdiklərini verməyə gücüm çatmır. Məni çoxları qınayır, amma gerçəkləri heç kim bilmir. Körpələrim ana qucağında yatan olublar, indi xidmətçi baxır onlara. Dərs oxumurlar, telefona baxmaqdan qızım heç kimlə danışmır. Qəyyumluq rəy bildirib ki, gözəl şəraitinə görə uşaqlar atada qalsın. Bu, haqsızlıqdır" deyə, Canana paylaşımında yazıb.

Qeyd edək ki, Canana və Kərim ötən ildən boşanmaq üçün məhkəməyə müraciət edib. Cütlüyün 3 övladı var.

M.İsgəndərli isə ailəsini dağıtmaqda gəlinini ittiham edib.

Milli.Az