Mağaza işçisindən qəribə açıqlama: Qadınlar çirkli alt paltarlarını qoyub gedir

Keçmiş mağaza işçisi müştərilərin etdiklərini açıqlayıb. 

Day.Az-ın məlumatına görə, Milli.Az türk mediasına istinadən xəbər verir ki, "TikTok" istifadəçisi olan gənc qız işlədiyi köhnə mağazada yaşadıqlarını təsvir edən video çəkib.

Keçmiş mağaza işçisi qadınların çirkli alt paltarlarını soyunma otaqlarında qoyub alt paltarlarını oğurlamaq üçün yenilərini geyindiklərini söyləyib. Gənc qız hər gün soyunub-geyinmə otaqlarından onlarla alt paltarı yığdıqlarını deyib.

Bəzi müştərilərin paltarlarını soyunub-geyinmə otaqlarında oğurluq üçün buraxdıqlarını bildirən gənc qız "Oğurluq üçün həqiqətən alçaldılmış üsullardan istifadə edirdilər. Biz işlədiyimiz müddətdə bizdən təzə alt paltarı istəyərək içəriyə gətizdirirdilər, sonra da geyinərdilər." - deyə bildirib.