Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

“Metro-City” ticarət mərkəzinin yaxınlıqda yaşayanlar təxliyə edilir

“Metro-City” ticarət mərkəzinin yaxınlıqda yaşayanlar təxliyə edilir

“Metro-City” ticarət mərkəzinin yaxınlıqda yaşayanlar təxliyə edilir

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar yaxınlıqda yaşayan insanlar təxliyə edilir.

Bizimyol.info xəbər verir ki, yanğının miqyası böyüyərək digər ticarət obyektlərinə də keçib.

Hazırda hadisə yerinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəliblər.

Baş verən yanğınla əlaqədar metronun "Nəriman Nərimanov" stansiyasının giriş-çıxışlarından biri bağlanıb.