Neft bazarındakı vəziyyət koronavirusun yeni ştammlarının təsiri altındadır

Neft bazarındakı vəziyyət koronavirusun yeni ştammlarının təsiri altındadır.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo "Rusiya Enerji Həftəsi" beynəlxalq forumu çərçivəsində deyib.

O, dövlətləri virusa qarşı vaksinasiyanın sürətini artırmağa çağırıb:

"Biz neft bazarının təkamülünə təsir göstərən xarici amilləri qeyd etməliyik. Bu, dövlətlərin koronavirusun yeni ştammlarına reaksiyası ilə əlaqədardır. Hazırda neft bazarının disbalansı dövlətlər və BMT kimi beynəlxalq təşkilatlar tərəfindən vaksinasiyanın sürətinin artırılmasını tələb edir".