Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Nemətin dəyişmək səbəbləri

İmam Səccad (ə) buyurur: "Nemətlərin dəyişməsinə səbəb olan günahlar ibarətdir:

- insanların (haqqına) təcavüz etmək,
- xeyirli və yaxşı iş adətlərini tərk etmək,
- nemətə küfr etmək və
- şükrü tərk etmək.

Çünki Allah Təala buyurur: "Allah heç bir millətin taleyini dəyişdirməz, məgər o halda ki, özləri yollarını dəyişdirər"". (Tebyan)

Allahın Peyğəmbəri (s) buyurub: "Allah Təala gözəldir və gözəlliyi sevir. Nemətinin nişanəsini bəndəsində görməyi də sevir. O, yoxsulluğa və özünü yoxsul göstərməyə nifrət edir".

Rəsuli-Əkrəm (s) buyurub: "Məni və Əhli-Beytimi (ə) sevən kəs, gərək Allahın birinci nemətinə görə şükür etsin".

Ərz etdilər: "Birinci nemət nədir?".

Buyurdu: "Pak mövlud (halalzadəlik). Bizi, dünyaya pak gələnlərdən (halalzadələrdən) başqa kimsə sevməz".

Milli.Az