Özəl məktəbin şagirdləri koronavirusa yoluxdu, lakin sinif distant təhsilə keçmədi

Bakı Modern Təhsil Kompleksində iki şagird COVİD-19-a yoluxub, lakin həmin şagirdlərin təhsil aldığı siniflər distant təhsilə keçməyib. Sadəcə şagirdlər onlayn tədrisə cəlb olunub.

Day.Az bildirir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlama verib. O bildirib ki, bunu Gigiyena və Epidemiologiya mərkəzi müəyyənləşdirir:

"Dövlət məktəblərində bir qayda olaraq koronavirusa yoluxma halı baş verəndə, həmin sinif bir müddət distant təhsilə keçir və karantin dövründən sonra yenidən əyani təhsilə qayıdır. Görünür həmin özəl məktəbdə digər şagirdlər arasında yoluxma halı baş vermədiyindən distant formaya keçilməyib".