Azerbaijan

Peşə təhsili üzrə yeni ixtisaslar yaradılıb - QƏRAR

"Peşə təhsili üzrə ixtisasların Təsnifatı"na dəyişiklik edilib. Dəyişikliyə əsasən, peşə təhsili üzrə yeni ixtisaslar yaradılıb.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Peşə təhsili üzrə ixtisasların Təsnifatı"nda aşağıdakı dəyişikliklər edilib:

"İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə" peşə istiqaməti üzrə" hissəsinin "030219 İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti" ixtisas qrupuna "Kompüter operatoru" ixtisasından sonra "Qrafik dizayner", "Kompüter şəbəkə inzibatçısı", "İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi" ixtisasları və həmin ixtisas qrupundan sonra aşağıdakı məzmunda "030220 Kosmetologiya" ixtisas qrupu əlavə edilib.

"III. "Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı" peşə istiqaməti üzrə" hissəsinin "030321 Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması" ixtisas qrupuna "Kağızhazırlayan (kartonhazırlayan) maşınların quruducusu" ixtisasından sonra "Mebel ustası" ixtisası əlavə olunub.

"VI. "Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri" peşə istiqaməti üzrə" hissəsinin "030624 Avtomobillərin təmiri - sürücülük" ixtisas qrupuna "Avtomobil sürücüsü" ixtisasından sonra "Avtomobil diaqnostikası və təmiri ustası" ixtisası əlavə edilib.

"VIII. "İlkin tələbat və ərzaq mallarının texnologiyası" peşə istiqaməti üzrə" hissəsinin "030812 Yeyinti məhsulları istehsalı avadanlıqları" ixtisas qrupuna "Tomat və tərəvəz konservləri hazırlayan usta" ixtisasından sonra "Üzümçülük və şərab ustası" ixtisası əlavə olunub.

"IX. "İnşaat və arxitektura" peşə istiqaməti üzrə" hissəsinin "030913 İnşaatda sanitar-texniki sistemlərin hissə və qovşaqları" ixtisas qrupuna "Texnoloji boru kəmərlərinin hissə və qovşaqlarının hazırlanması üzrə çilingər" ixtisasından sonra "İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı" ixtisası əlavə edilib.

Milli.Az

Football news:

And to show what a donkey kick is in football? 50 Years ago in England they scored the best goal of the season
Sulscher on Ferguson's words about Ronaldo: We all want to see Cristiano on the pitch because of his uniqueness. But he can't play in every match
Pep on the requirement to stay on top: People judge me not by trophies, but by what will happen tomorrow
Joan Laporta: The Super League is alive, it will replace the Champions League. Juve, Real Madrid and Barcelona continue to win in the courts
Karim Benzema: Clasico remains the best match in football. It doesn't matter which players are playing
In favor of PSG, after the VAR, they awarded a penalty for playing with their hand. Perhaps Icardi had fouled before
Arsenal defender White: I don't watch football. All I want when I come home is not to think about him