Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Prezidentdən növbəti sosial addım: vətəndaşın rifahı prioritet hədəfdir

Prezident İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzaladı.

Sərəncama əsasən Nazirlər Kabineti əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayaraq, Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Artıq təkliflərin hazırlanması prosesinə başlanıb və bu, qarşıdakı aylarda əhalinin əmək haqlarında, o cümlədən, oensiya və sosial müavinətlərdə artım olacağı deməkdir.

Sərəncamın hədəfi əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin etməkdir. Xüsusilə beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından bu sərəncam müstəsnə əhəmiyyət daşıyır.

Dünya bazarında baş verən proseslər Azərbaycanda təbii qaz və elektrik enerjisi üzrə tariflərin tənzimlənməsi zərurəti yaratdı. Lakin digər ölkələrlə müqayisədə Azərbaycan dövləti əhalinin sosial rifahını nəzərə alaraq, cəmi 1, yaxud 2 qəpik artıma getdi. Buna baxmayaraq, Prezident İlham Əliyev əmək haqları, sosial müavinətlər və pensiyaların artırılması ilə bağlı sərəncam imzaladı və bu, tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır.

Bu sərəncam bir daha sübut edir ki:

- Dövlət siyasətinin mərkəzində vətəndaş və onun rifahı dayanır;
- Vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində prioritet istiqamətdir;

Son üç ildə bu istiqamətdə inqilabi addımlar atılıb. 2018-ci ildən başlayaraq, sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub.

2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39 faiz, əmək pensiyalarının orta məbləği 60 faiz, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5 faizdən 2020-ci ildə 38 faizə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyişdir.

Ümumilikdə son üç ildə ölkəmizdə fərman, sərəncam, qanun və s. ibarət olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub və sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb.

“Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” yeni Sərəncam ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin edir və ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək.

Bu sərəncam Azərbaycanın sosial dövlət olduğunu, Prezident İlham Əliyevin hər şeydən öncə vətəndaşın rihahını təmin etməyə yönəlik siyasət apardığını bir daha sübut edir.

Asif