Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

“Qəbələ” seriyanı davam etdirmək, “Keşlə” “Səbail”i keçmək arzusunda

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış 12 günlük fasilə başa çatır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu gün VII tura start veriləcək.

Birinci dövrənin son turunun ilk matçında autsayder komandalar üz-üzə gələcək. Son iki turda 4 xal topladığı üçün postunda saxlanılan Sənan Qurbanovun komandası "Keşlə" "Səbail"in qonağı olacaq. Qəsəbə təmsilçisi "ASCO Arena"da qələbə qazanmaqla rəqibini turnir cədvəlində qabaqlamağa çalışacaq. Lakin "Səbail"in son 7 görüşün yalnız 1-də "Keşlə"yə uduzduğunu nəzərə alsaq, qonaqların işi asan olmayacaq.

Mövsümə uğurlu start götürən "Qəbələ" ilə "Zirə" isə birincilərin meydanında qarşılaşacaq. Doğma arenasında "Zirə"yə axırıncı dəfə 2016-cı ildə yenilən "Qəbələ" 9 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirmək niyyətindədir. Ancaq bakılılar da səfərdən 3 xalla dönməyi hədəfləyir.

Azərbaycan Premyer Liqası
VII tur
16 oktyabr

1

Qarabağ

6

4

2

0

11-3

14

2

Neftçi

6

4

1

1

13-7

13

3

Qəbələ

6

3

2

1

11-5

11

4

Zirə

6

3

2

1

8-5

11

5

Sumqayıt

6

2

1

3

4-4

7

6

Səbail

6

2

0

4

4-13

6

7

Keşlə

6

1

1

4

4-10

4

8

Sabah

6

0

1

5

2-10

1

Bombardirlər: Davit Volkov ("Zirə") - 5 qol, Ülvi İsgəndərov ("Qəbələ"), Filip Ozobiç ("Qarabağ") - 3 qol.

Milli.Az