Azerbaijan

Qara ciyərin sağlamlığını qorumaq üçün sadə məsləhətlər

İnsan orqanizmi unikal və çox davamlıdır. Həkimlər tez-tez təkrar edir ki, qocalığa kimi sağlamlığı qorumaq heç də çətin iş deyil.

İnsan orqanizmi özü özünü bərpa etmək qabiliyyətinə malikdir.

Qara ciyər ən davamlı orqanlardan biridir. Lakin buna baxmayaraq ildən ilə qara ciyər xəstəliklərinin sayı artır. Əksər hallarda bunun səbəbi insanın öz sağlamlığına qarşı düzgün olmayan münasibətdir.

Qara ciyəri sağlam saxlamaq üçün bu sadə qaydalara əməl edin:

- Təbii sağlam qidalara üstünlük verin. Müxtəlf fast-fud, souslar, ketçuplar, marqarin, çipsi, dükanlarda satılan və kimyəvi maddələrlə bol-bol doldurulmuş müxtəlif peçenyelər, vaflilər, pirojnaların və s. kimi qidaların daim qəbulu qara ciyərin sağlamlığına ciddi ziyan vurur. Məsələ burasındadır ki, bu qidaların tərkibində olan ziyanlı kimyəvi maddələr məhz qara ciyərdə zərərsizləşdirir. Nəticədə qara ciyər lazım olandan artıq yüklənir ki, bu da pozulmalara təkan verə bilər.

Sağlam qara ciyər üçün heç bir xüsusi pəhriz tələb olunmur. Adi qaydada qidalanmaq lazımdır. Qidalanmanızda ət, kərə və bitki yağları, meyvə-tərəvəz, yarmalar, yumurta, süd məhsulları olmalıdır. Bəzən eşitmək olur ki, yağlı qidalar qara ciyər üçün ziyanlıdır. Bəli, həddən artıq miqdarda qəbul olunduqda, yağlı qidalar tək qara ciyərə dəyil, bütün orqan və sistemlərə ziyan vurur. Lakin yağlardan tam imtina etmək də çox ziyanlıdır.

Daha az-az və daha tez-tez yeməyə çalışın. Artıq çəki yığmayın - bu qara ciyərin sağlamlığı üçün çox ziyanlıdır.

- Spirtli içkilər qara ciyərin əsas düşmənləridir. Spirtli içkilər qara ciyərə toksiki təsir edir, sadə dildə desək, qara ciyəri və həmçinin bütün orqanizmi zəhərləyir.

- İstənilən dərman preparatların qəbulu (xüsusilə bu uzun müddət ərzində baş verirsə)  qara ciyərin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən başınız və ya dişiniz ağrayanda, dərhal həb qəbul etməyə tələsməyin. Ağrıları təbii, dərmansız üsullarla da azaltmaq mümkündür.

Həkimlə məsləhətləşmədən heç bir dərman (hətta ziyansıs hesab etdiyimiz vitaminləri, tərkibində bitkilər olan preparatları və s.) qəbul etməyin. Yadınızda saxlayın - sağlam insana dərman tələb olunmur! Artıq bütün dünyada həkimlər belə nəticəyə qəlirlər ki, profilaktik məqsədi ilə qəbul olunan dərmanların bir çox hissəsi insanın sağlamlığına xeyirdən çox, ziyan vurur. Dərmanlar qara ciyərdə parçalanır və bu səbəbdən ilk növbədə bu halda məhz qara ciyər əziyyət çəkir.

Nəzərinizə çatdıraq ki, hətta otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

- Qara ciyər (bütün digər orqanlar kimi) hərəkət sevir. Hərəkət zamanı qan dövranı yaxşılaşır, mübadilə prosesləri sürətlənir. Bu isə orqanizmdə durğun proseslərin profilaktikasıdır. Belə proseslər isə bir çox pozulmaların inkişafına təkan verir.

Milli.Az

Football news:

The grandstand collapsed under Vitesse's fans: they celebrated a guest victory with the players and flew down
Mourinho on Juve - Roma: Some have won 9 out of 10 championships, the second - 0 out of 10. But during the game you can forget about it
Gary Neville: Conte is a great coach, but Manchester United is not suitable
Rice is Man City's priority target. The West Ham midfielder is seen as a replacement for Fernandinho
Salernitana fired Castori and appointed Colantuono as coach. She is the 20th after 8 rounds of Serie A
Do you remember how Mourinho trolled Juve fans, put his palm to his ear? He's in Turin for the first time since
The Tottenham and Newcastle game was Interrupted due to a fan's health problems. A defibrillator was needed