Azerbaijan

“Qarabağ Azərbaycandır!” adlı fləşmob Gəncədə - FOTO

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob Gəncə şəhərindən start götürüb.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, fləşmob Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Yeni Azərbaycan Pariyasının Gəncə şəhər Təşkilatının təşkilatçılığı ilə reallaşıb.

Heydər Əliyev meydanında baş tutan fləşmobda əsasən qazilər və şəhərdə fəaliyyət göstərən universitet və kolleclərin tələbə gənclər təşkilatlarının fəal üzvləri yaxından iştirak ediblər.

İki minə yaxın gənc Azərbaycan Repsublikasının xəritəsi və içərisində “Qarabağ Azərbaycandır!” yazısı olan canlı simvol yaradıblar.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə başlanan fləşmob ölkənin bir sıra bölgələrində davam etdirləcək.

Football news:

Ajax fans set off fireworks at the stadium at the match with Borussia
Guardiola on coronavirus: I am vaccinated, I trust doctors and scientists. We see how many deaths there are in England
Griezmann caught up with Giroud in goals in the Champions League (35) and shares 5th place with him among the French
In Amsterdam, fireworks are not only on the field, but also in the stands. The public relations of Ajax and Borussia fans
Mbappe has 46 (28+18) points on the goal+pass system in 48 games in the Champions League
Atletico conceded twice before the 15th minute for the first time under Simeon
Guardiola pro 5-1 with Brugge: One of Man City's best games in European competitions