Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Qida zəhərlənmələrinin səbəbləri -

Ümumdünya Səhiyyə Təşkilatının cari ilə olan Qida təhlükəsizliyi sammitinin hesabatlarına görə, dünyada hər 10 nəfərdən 1-i qida zəhərlənməsi nəticəsində yaranan xəstəliklərdən təsirlənir. Xüsusilə, 5 yaşdan kiçik uşaqlar yüksək risk altındadır. Təşkilatın qlobal hesabatı, xüsusilə aşağı və orta gəlirli ölkələrdə bu təhlükənin artma potensialını nəzərə alaraq, qida təhlükəsizliyinin ictimai sağlamlıq üçün prioritet olması zərurətini vurğulayır. İstisna deyil ki, qida zəhərlənmələri çox sayda bakteriya və onların ifraz etdikləri toksinlər tərəfindən törədilən, mədə-bağırsaq pozğunluğu ilə gedən kəskin gedişli xəstəliklərdir.

Milli.Az RealTV-yə istinadən xəbər verir ki, sözügedən zəhərlənmələrin klinik əlamətləri qida qəbulundan 30 dəqiqədən 24 saata qədər davam edən gizli dövrdən sonra özünü biruzə verir. Mütəxəssislər bildirir ki, qida zəhərlənməsindən qorunmaq üçün ərzaqların və qidaların saxlanma qaydalarına düzgün riayət olunmalıdır.
Qeyd edək ki, qida zəhərlənməsindən yaranan xəstəliklərin qarşısının alınmasında, Dayanıqlı İnkişaf Məqsədləri və bu məqsədlər üçün bir çox göstəricilər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilib və hazırda onlar üzərində iş aparılır.

Milli.Az