Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Qızını efirdə görən azərbaycanlı müğənni: “Sən burada nə gəzirsən?" -

"ARB TV"də yayımlanan "Həmin Zaur" proqramında maraqlı anlar yaşanıb.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, verilişə dəvət olunan məşhurlar arasında müğənni Eldəniz Məmmədov da yer alıb. Proqramın aparıcısı Zaur Kamal Eldənizə sürpriz edib.

Belə ki o, Məmmədovun musiqiçi qızı Ramizəni ondan xəbərsiz efirə dəvət edib. Efirdə qızını görən Eldəniz çox təəccüblənib. O, qızına "Sən burada nə gəzirsən?" deyərək reaksiya verib. Daha sonra Ramizə skripkada mahnı ifa edərək studiyaya daxil olub. 

Milli.Az