Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Ramiz Mehdiyev tanınmış naşirə YÜKSƏK VƏZİFƏ verdi - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna yeni direktor təyin olunub.

Bu vəzifəyə tanınmış naşir, filologiya elmləri doktoru, professor Nadir Məmmədli təyinat alıb.

N.Məmmədli yeni təyinatı ilə bağlı xəbəri "Report"a təsdiqləyib.

Qeyd edək ki, Məmmədli Nadir Baloğlan oğlu 1959-cu ilin sentyabrın 19-da anadan olub.

O, 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini, 1988-ci ildə isə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki xarici dillər iki illik fars dili şöbəsini bitirib.

N.Məmmədli əvvəllər də, yəni 1985-1992-ci illərdə Dilçilik İnstitutunda çalışıb. 1992-ci ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında müəllim və dosent vəzifəsində işləyib. O, 4-ü dərs vəsaiti olmaqla 17 kitabın kitabın müəllifidir.

N.Məmmədli Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

O, "Nurlan" və "Elm və təhsil" nəşriyyatlarının təsisiçisidir.