Roza Zərgərli:

Roza Zərgərli şəxsi həyatı ilə gündəmə gəlib.

Day.Az Baku.WS-ə istinadən xəbər verir ki, sənətçi müsahibələrindən birində yenidən ailə həyatı qura biləcəyini açıqlayıb:

"Niyə də ailə həyatı qurmayım? Təbii ki, qarşımdakı insan güclü olmalıdır. Çünki artıq mən güclü olmaqdan yorulmuşam. Hərdən istəyirəm ki, zəif olum, qoy məni qorusunlar.

Mən xoşbəxtliyi sırf kişi ilə münasibətdə görmürəm. Ailəm varsa görəcəyimiz işlər var. O işlərə görə bir çox şeyləri qurban vermək olar. Səni sevən insan o qurbanları səndən tələb etməz".

Qeyd edək ki, Roza Zərgərlinin 4 övladı var. O, bir müddət əvvəl həyat yoldaşı ona xəyanət etdiyi üçün ondan boşanıb. Cütlüyün övladları hazırda Zərgərli ilə qalır.