Azerbaijan

Rusiya MN Qarabağda avtomobil karvanının atəşə tutulmasını təsdiqlədi

Rusiya Müdafiə Nazirliyi oktyabrın 13-də Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanının atəşə tutulması faktını təsdiqləyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, karvanı bölgədə yerləşən rus sülhməramlıları müşayiət edib.

Rusiya MN hadisə nəticəsində xəsarət alan olmadığını, Rusiya sülhməramlı kontingentinin komandanlığının hər iki tərəfin nümayəndələri ilə birlikdə atəşkəsin pozulması ilə bağlı araşdırma apardığını bildirib.

Xatırladaq ki, Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan  avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.

Atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin "NİVA" markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.

Ölən və yaralanan olmayıb.

Milli.Az

Football news:

Some Manchester United players do not believe that Sulscher's staff will cope with the crisis and improve the club's position in the Premier League
Holand may not play until the end of the year due to a hip injury
Henri on PSG: Messi is cut off from the team and doesn't get the ball that often. Leo takes little part in the attacks
Manchester United may dismiss Sulscher before the match with Tottenham (MEN)
The relationship between Manchester United and Solskjaer is like from a TV series. Ole hopes to fix everything, and the club is afraid of the next step
Barcelona is a team without legs and a head. Real Madrid would have scored 4 goals if they wanted to. Luis Suarez Miramontes on clasico
Miranchuk is not a star. There were stars before - Dasaev, Karpin, Mostovoy, Arshavin. Assistant Lawyer Petrovich about Atalanta midfielder