Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiyada "TikTok"un analoqu YARADILDI

Rusiyada "TikTok"un analoqu yaradılıb.

Publika.az xəbər verir ki, bu barədə TASS-a "Ritm Media" şirkətindən məlumat verilib.

Qısa şaquli videoları dəstəkləyən əyləncə tətbiqi "Yappy" adlandırılıb və bu gündən iOS və "Android" platformalarında bütün istifadəçilər üçün əlçatan olub.

"Sosial şəbəkə iOS və Android platformalarında bütün istifadəçilər üçün əlçatan olub. İT yeniliyi sosial şəbəkələr bazarının ən son tendensiyalarına cavab verəcək və qısa şaquli videolar dəstəyi ilə UGC video fond formatında buraxılacaq", - şirkətdən bildiriblər. .

Tətbiqin funksionallığına viral videoların yaradılması və redaktə edilməsi üçün geniş alətlər daxildir. Xüsusilə, kolleksiyalar bölməsi proqram daxilində mütəmadi olaraq yenilənir. Öx məzmununuzu yaratmaq istəyənlər fərqli videolar hazırlaya biləcəklər.

Hüseyn