Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Şəhid mayor Natiq İsmayılov şəhadətə yüksəlməsinin ildönümündə yad edildi - VİDEO

12 il əvvəl həyat yoldaşının hədiyyə aldığı telefon indi onun üçün daha dəyərlidir. Çünki bu telefonu ona alan Natiq İsmayılov şəhiddir...

Şəhid Natiq İsmayılovun həyat yoldaşı Nigar İsmayılova deyir ki, telefonda Natiqin nömrəsi hələ də qalıb. İndi də o nömrəyə zəng edir, həyəcanla gözləyir.

1980-ci ildə, mart ayının 5-də Qəbələnin Bunud kəndində doğulan şəhid mayor Natiq İsmayılov hamının fəxr yeridir. O, şəhadətə yüksəlməsinin ildönümündə yad edilib. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Sonra Bunud kəndində şəhid Natiq İsmayılovun xatirəsinə tikilmiş bulağın açılışı olub. Natiq İsmayılov 18 oktyabrda Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, şəhadətindən sonra ''Vətən uğrunda'', "Suqovuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Onun 4 övladı bizə əmanət qalıb...

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az