Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - VİDEO

Ötən gün avtomobil qəzası zamanı həyatını itirmiş Günel Ələsgərovanın qayınanası Həqiqət Hüseynova danışıb.

Şəhid Rəhim Hüseynovun anası ATV-də yayımlanan "Bizimləsən" verlişində ölümündən iki dəqiqə əvvəl gəlini ilə danışdığını deyib:

"Biz Şəhidlər Xiyabanına ziyarətə getmişdik. Mən Rüfəti (nəvəsi) götürüb özümlə qayıtdım. Kiçik və böyük oğulları isə Günellə qalmışdı. Hər gün biz Günellə əlaqə saxlayırdıq.

Günelə zəng vuranda mənə dedi ki, çayı qızdır gəlirəm. İki dəqiqə sonra mənə yenidən onun telefonundan zəng gəldi. Danışan başqa bir kişi idi. Mənə bildirdi ki, uşağı götürüb gedəcək. Güneli soruşdum ki, bəs o, hanı? Dedi ki, xəbəri yoxdur, hadisə yerindən keçərkən uşağı görüb və dayanıb. Təcili tibbi maşınları var və kimi hara apardıqlarını bilmir".