Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Saakaşvilinin xanımı onun vəziyyətinin ağır olduğunu bildirib

"Gürcüstanın keçmiş prezidenti və Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvilinin xəstəxanaya ehtiyacı var".

Bizimyol.info xəbər verir ki, bu barədə "Ukrayna 24" telekanalına açıqlama verən Saakaşvili xanımı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko bildirib.

"Fiziki vəziyyəti pisdir, çünki adam artıq üçüncü həftədir ki aclıq çəkir. Aclığa son verməkdən də imtina edib. Ukrayna vətəndaşının Ukraynaya qayıtması mövzusu çox aktualdır, amma indi çox şey Gürcüstan hakimiyyətindən asılıdır. Bu məsələdə Ukrayna Xarici İşlər Nazirliyinin fəal iştirak etməsi də vacibdir. Önümüzdəki günlərdə Mixailin vəziyyəti çox kritik olacaq buna görə də onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac var. Tibbi yardım alması vacibdir, çünki onun sağlamlığında dönüşü mümkün olmayan fəsadlar yarana bilər", - deyə Ukraynalı deputat bildirib.

Qeyd edək ki, oktyabrın 1-də həbs olunan Mixail Saakaşvili həmin gündən aclıq aksiyasına başldığını elan edib.

Bizimyol.info