Sobçakın qəzaya düşmə anı

Xəbər verdiyimiz kimi, rusiyalı jurnalist, teleaparıcı Kseniya Sobçak Soçidə avtomobil qəzasına düşüb.

Day.Az axşam.az-a istinadən bildirir ki, aparıcının düşdüyü qəzanın görüntüləri sosial şəbəkədə yayılıb. Hadisə zamanı "Mercedes" markalı avtomobilin qarşı zolağa çıxaraq yol hərəkət qaydalarını kobud şəkildə pozduğu aydın görünür. 

Qeyd edək ki, Sobçak oktyabrın 9-u axşam saatlarında baş verən hadisədən sonra dərhal başqa maşına oturaraq hava limanına gedib və oradan Moskvaya uçub. Məsələdə heç bir günahı olmadığını deyən aparıcı bu haqda çox danışmaq da istəməyib. Ötən gün isə Ksenya ifadə vermək üçün Soçi Daxili İşlər Departamentinə çağırılıb. Aparıcı sürücü ilə üzləşdiriləcək.