Azerbaijan

SON DƏQİQƏ: Türkiyədə İranın cəsus şəbəkəsi ƏLƏ KEÇİRİLDİ - VİDEO

Vanda yaşayan keçmiş iranlı hərbçi M.A-nı ölkələrinə qaçırmaq üçün göndərilən 2-si İran cəsusu olmaqla, 8 nəfər 24 sentyabr tarixində keçirilən əməliyyat zamanı yaxalanıblar.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxslər Milli Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Qüvvələrinin (Emniyet) birgə keçirdiyi əməliyyat zamanı cinayət başında saxlanılıblar.

Qeyd edilib ki, İran kəşfiyyatçıları M.A-nın qaçırılması üçün 30 min dollarlıq büdcə ilə Vanda cəsus şəbəkəsi yaratmaq istəyiblər.

Məlumata görə, iranlı kəşfiyyatçıların təlimatı ilə M.A-nın həyat yoldaşı M.E-yə qaçırılma əməliyyatına yardım etməsi qarşılığında 10 min dollar təklif edilib. Ona deyilib ki, təklifi qəbul etmədiyi halda İranda yaşayan ailəsinə zərər vurulacaq.

Sentyabrın 24-də, saat 21:00 radələrində hərbçini qaçırmaq üçün iqamətgaha girməyə çalışan İran vətəndaşı S.S və Türkiyə vətəndaşı M.E.A saxlanılıb.

Davam edən əməliyyatla 6 Türkiyə vətəndaşından formalaşan digər şəbəkə üzvləri də ələ keçiriliblər.

Hüseyn

Football news:

Ajax fans set off fireworks at the stadium at the match with Borussia
Guardiola on coronavirus: I am vaccinated, I trust doctors and scientists. We see how many deaths there are in England
Griezmann caught up with Giroud in goals in the Champions League (35) and shares 5th place with him among the French
In Amsterdam, fireworks are not only on the field, but also in the stands. The public relations of Ajax and Borussia fans
Mbappe has 46 (28+18) points on the goal+pass system in 48 games in the Champions League
Atletico conceded twice before the 15th minute for the first time under Simeon
Guardiola pro 5-1 with Brugge: One of Man City's best games in European competitions