Təhsil Nazirliyi VACİB məlumat yayıb-Məktəblər noyabrın 1-dən...

Sosial şəbəkələrdə noyabrın 1-dən ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin əyani şəkildə dayandırılacağı ilə bağlı məlumatlar yayılıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu iddialara Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov aydınlıq gətirib.

Qurum rəsmisi "Facebook" hesabında yazıb:

"Sosial mediada Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan "xəbər" dezinformasiya xarakterlidir".