Azerbaijan

Türkiyə kəşfiyyatından İran agent şəbəkəsinə qarşı uğurlu əməliyyat – Video

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT), iranlı keçmiş hərbçini qaçırmağa çalışan agent şəbəkəsinə qarşı uğurlu əməliyyat keçirib.

Bizimyol.info saytı Türkiyənin Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Van şəhərində yaşayan iranlı keçmiş hərbçi M.A.-nı İrana qaçırmaq məqsədiylə göndərilən 2-si İran agenti olan 8 nəfər, MİT və Van  şəhəri Polis Təşkilatının 24 sentyabr 2021 tarixindəki ortaq əməliyyatı nəticəsində tutulub.

MİT tərəfindən aparılan araşdırma nəticəsində, iranlı kəşfiyyat nümayəndələrinin M.A.-nı İrana qaçırmaq məqsədiylə 30 min dollarlıq büdcə ilə şəbəkə qurmağa çalışdığı müəyyən olunub. MİT və polisin izlədiyi şəbəkə üzvləri, İran kəşfiyyatçılarının təlimatı ilə keçmiş hərbiçi M.A.-nın həyat yoldaşına, qaçırma əməliyyatına yardım etməsi qarşılığında 10 min dollar pul təklif edilib. Əməliyyata yardım edilməyəcəyi təqdirdə, İranda yaşayan ailə üzvlərinə zərər veriləcəyi ilə bağlı təhdid edilib.

24 sentyabr 2021-ci il tarixində Türkiyə vaxtı ilə saat 21:00 radələrində M.A.-nı qaçırmaq üçün keçmiş hərbçinin evinə girmək istəyən İran vətəndaşı S.S. və Türkiyə vətəndaşı M.E.A. hadisə yerində saxlanılıb. Davam edən əməliyyatda 8 nəfərdən ibarət şəbəkənin digər 6 üzvləri də tutulub.

Bizimyol.info saytı, Türkiyənin Anadolu xəbər agentliyinin paylaşdığı əməliyyat videosunu təqdim edir:

Bizimyol.info

Football news:

Some Manchester United players do not believe that Sulscher's staff will cope with the crisis and improve the club's position in the Premier League
Holand may not play until the end of the year due to a hip injury
Henri on PSG: Messi is cut off from the team and doesn't get the ball that often. Leo takes little part in the attacks
Manchester United may dismiss Sulscher before the match with Tottenham (MEN)
The relationship between Manchester United and Solskjaer is like from a TV series. Ole hopes to fix everything, and the club is afraid of the next step
Barcelona is a team without legs and a head. Real Madrid would have scored 4 goals if they wanted to. Luis Suarez Miramontes on clasico
Miranchuk is not a star. There were stars before - Dasaev, Karpin, Mostovoy, Arshavin. Assistant Lawyer Petrovich about Atalanta midfielder