Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Türkiyənin iki kurortunda yay mövsümü dekabr ayına qədər davam edəcək

2021-ci ilin payız mövsümü Türkiyə kurortları üçün 2019-cu ildən daha yaxşı oldu və bəzi kurortlarda otellər işlərini dekabr ayına qədər uzatmağı gözləyirlər.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatında Peşəkar Otel Müdirləri Dərnəyinin prezidenti Yulkay Atmaka məlumat verib.

"Oktyabrın sonuna baxmayaraq, demək olar ki, bütün otellər hələ də açıqdır. Oktyabr ayını çox yaxşı keçiririk və həm də yaxşı qış mövsümü keçirəcəyik. Qış üçün qolf, idman və konqres turizminə artan tələbat var. Vəziyyətin 2020-ci ilin qışından daha yaxşı olacağı mütləqdir", - deyə ekspert bildirib.
O, həmçinin bildirib ki, doluluq nisbəti azalmağa başladığı üçün bəzi kurortlarda artıq otellərin bağlanmasına başlanılıb. Ancaq bəziləri mövsümü dekabr ayına qədər uzatmağı və rahatlıqla Yeni il tətilinə keçməyi gözləyirlər.

"Alanya bəzi otellərin bağlanması üçün hazırlıqlara başlayıb, eyni vəziyyət Sidedə də var. Deyəsən, Belek və Kunduda mövsüm uzadılacaq - həm istirahət, həm də konqreslər üçün otellərə böyük tələbat var. Bu, yaxşı qış mövsümünün xəbərçisidir".

O, həmçinin əlavə edib ki, ümumilikdə Antalya vilayəti yaxşı mövsüm keçirib. Hazırda Antalyaya gələn turistlərin sayı 8 milyonu ötüb. İlin sonuna qədər bu rəqəm 9 milyona çata bilər. Türkiyəli ekspert bildirib ki, oktyabr ayında bağlanmağa başlayan bir çox otellər bağlanmağı bu il noyabrın ortalarına və ya sonuna qədər təxirə salıb.

Milli.Az