Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Vətən müharibəsi zamanı təcili yardım briqadaları böyük fədakarlıq göstəriblər - VİDEO

Onlar 44 günlük Vətən müharibəsində zaman, məkan, təhlükə bilmədən yaralı hərbçilərimizə vaxtında təcili yardım əlini uzadan briqadalardan biridir. Müxtəlif istiqamətlərdə yaralıların təxliyəsində iştirak ediblər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,20 ildir ki, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında həkim işləyən Elşən Mahmud deyir ki, onlar üçün hər dəqiqənin öz hökmü var idi. Bir saniyə belə gecikə bilməzdilər.

''Şəhidlik məqamının yanında bizim etdiklərimiz heç nə idi'', - deyir Elşən həkim.

Elşən Mahmudun sözlərinə görə, gecə saat 12-dən növbəti gün günorta saat 12-dək yaralıları dayanmadan Ağdamdan Gəncə və Şəmkir xəstəxanalarına çatdırırmışdılar.

Müharibə vaxtı ilkin tibbi yardım göstərənlərdən biri də tibb qardaşı Hasil Əhmədov olub. O, zərurətdən yaralılara bir müddət təkbaşına yardım göstərməli olub.

Döyüş bölgəsi, davamlı atışmalar, bu azmış kimi yolların qaranlıq, uçurum və dumanlı olması təhlükəni birə-beş artırırdı. Belə məqamda təcili tibbi yardım maşınlarının sürücülərinin də üzərinə böyük məsuliyyət düşürdü. Onlar həm bu çətinlikdən keçməli, həm də yaralıları nəinki vaxtında, hətta vaxtından tez çatdırmalı idi. 

Qeyd edək ki, Vətən müharibəsi dövründə yüzlərlə təcili və təxirəsalınmaz tibbi yardım briqası cəbhə bölgəsinə göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az