Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

4 yaşlı qızın mədəsindən 64 maqnit çıxardılar

Çində cərrahlar dörd yaşlı qızın mədəsindən 64 maqnit çıxarıblar.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, əməliyyat çətin keçib, lakin hazırda xəstənin həyatı üçün təhlükə yoxdur.

Yerli medianın məlumatına görə, il ərzində qız, mütəmadi olaraq təkrarlanan qarın ağrılarından şikayətlənib. Valideynlər onu xəstəxanaya aparıblar. Həkimlər xəstənin rentgenoqrafiyasını çəkərək qarın boşluğunda bir-birinə maqnitləşmiş 64 top görüblər.

Bundan sonra üç saat davam edən təcili əməliyyat başlayıb. Prosedur zamanı həkimlər uşağın mədəsində maqnit toplarının ağırlığı altında əmələ gələn çoxlu dəliklər aşkar ediblər.

“14 dəlik tapdıq. Hər şey problemsiz keçdi, amma əməliyyat yenə də uşaq üçün çətin oldu ",- həkimlər deyib.

Qızın valideynləri onun yad əşyaları udduğundan şübhələnməyiblər və bunun necə baş verdiyini anlamırlar.

Ayşən Rəhim