Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

51 yaşlı ulduz şahzadə Harri ilə intim münasibətindən danışdı

Keçmiş Britaniya televiziya şousu ulduzu Ketrin Ommani Şahzadə Harri ilə romantik münasibəti ilə bağlı xatirələrini bölüşüb.

Publika.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

51 yaşlı Ketrin Ommani etiraf edib ki, Şahzadə Harri ona “həyatının ən ehtiraslı öpüşünü verib”.

Ommaninin dediyinə görə, o, Sasseks hersoqu ilə 2006-cı ilin may ayında Chelsea Davy ilə rəsmi münasibətdə olduğu zaman tanış olub. Onların görüşü zamanı Harrinin 21, Ommaninin isə 34 yaşı olub. O əlavə edib ki, Böyük Britaniyanın indiki kralının kiçik oğlu ilə münasibətləri bir ay davam edib.

Ulduz jurnalistlərə deyib: “Harrinin kitabında yer alacağımdan şübhələnirəm, çünki bir şahzadə 34 yaşlı iki uşaq anası ilə münasibət qura bilməz, sadəcə olaraq qəbul edilmir”.