Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

6 il sonra ölkəsinə gedən məşhur fenomen atası tərəfindən

Bir müddətdir Türkiyədə yaşayan yutuber Tiba al-Ali ölkəsinin futbol komandasına dəstək olmaq üçün İraqa gedib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, uzun müddətdir görmədiyi ailəsi ilə bir araya gələn gənc qız atası tərəfindən öldürülüb.

Ata qətli etiraf edərkən bölgədə etirazlar başlayıb.

2017-ci ildən Türkiyədə yaşayan Youtuber Tiba al-Ali yanvar ayında keçirilən Körfəz Millətləri Kubokunda ölkəsinin komandasına dəstək olmaq üçün İraqa getməyə qərar verib. Araları yaxşı olmadığı ailə üzvləri ilə görüşən gənc qız yanvarın 31-də atası tərəfindən öldürülüb.

Bu hadisədən sonra bölgədə etiraz aksiyaları başlayıb və qeyri-hökumət təşkilatları qadın qətllərinin qarşısını almaq üçün cinayətkarın cəzalandırılmasını istəyib. Yerli media Tibanın ailəsi ilə fikir ayrılığı səbəbindən bunun "məişət qətli" olduğunu iddia edib.

Milli.Az