Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ABŞ Çinin hava şarını BELƏ VURDU

ABŞ Hərbi Hava Qüvvələri ölkənin cənub-şərq sahillərində Cənubi Karolina üzərində səmada Çinə məxsus hava şarını vurub.

Publika.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Bildirilib ki, şarın qalıqlarının axtarışları və sudan çıxarılması işləri aparılır. Digər təfərrüatlar hələlik açıqlanmayıb.

xxx

ABŞ ordusu Pentaqonun casus proqram hesab etdiyi Çinə məxsus hava şarını Atlantik okeanı üzərində vura bilər.

Publika.az xəbər verir ki, bu barədə "ABC11" telekanalı yüksək rütbəli məmura istinadla məlumat yayıb.

Mənbə ABŞ hakimiyyətinin buna hazır olduğunu bildirib. Şar ABŞ hava məkanını tərk etdikdə və Atlantik okeanı üzərindən vurula bilər. Onun parçaları sudan çıxarılacaq.

Qeyd olunur ki, bu əməliyyat zamanı mülki şəxslərin müdafiəsi üçün hava məkanının əhəmiyyətli hissəsinin bağlanması lazım gələ bilər.

Mənbə qeyd edib ki, hava şarı Çinin casus peykləri tərəfindən idarə oluna bilər.

Qeyd edək ki, bir gün əvvəl şar Şimali Karolinada Şarlotta şəhəri yaxınlığında müşahidə edilib.

Pekin iddia edir ki, bu, ABŞ-ın hava məkanında təsadüfən keçən mülki bir şardır. Onlar Ağ evdən üzr istəyibər və ABŞ-dan vəziyyətlə bağlı spekulyasiya etməməyi xahiş ediblər.

Hüseyn İbadlı