Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ABŞ da İrana zərbə endirəcək: Variantlar nəzərdən keçirilir

ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken “Al Arabiya”ya müsahibəsində deyib.

O vurğulayıb ki, ABŞ prezidenti Co Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq əzmini qeyd edib. Blinkenin sözlərinə görə, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün “hər imkanları” nəzərdən keçirməyə hazırdır.

“Prezident Bayden də açıq şəkildə bildirib ki, biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıyıq və bunun baş verməməsi üçün hər fürsət masadadır”, - o qeyd edib.

Bununla belə, Blinken ən yaxşı yolun diplomatik yol olduğunu vurğulayıb.

Dövlət katibinin sözlərinə görə, İranın beynəlxalq nüvə sazişinə qayıtmaq şansı olub, lakin o, bundan imtina edib.

İran və Qərb arasında 2015-ci ildə imzalanmış Vyana Nüvə Müqaviləsinin bərpasına dair danışıqlar aylardır dayanıb. Diplomatların sözlərinə görə, Tehran, sazişin bağlanmasına az qalmış onun qarşısını alıb. İranda son etirazların vəhşicəsinə yatırılması da danışıqların etibarını sarsıdıb. Aİ İranın təhlükəsizlik aparatının hərəkətlərini pisləyib və yeni, daha sərt sanksiyalar tətbiq edib.

Akqabay