Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Ac"lar "çörəksiz" qaldı - BQXK-nın məqsədi yardımdır, yoxsa?

Ötən gün Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə daxil olan Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR hələ də Xankəndinə keçə bilməyib.

Yük maşınının bu gün səhər saatlarından etibarən Ağdama, oradan isə Əsgərana daxil olmasının təmin ediləcəyi gözlənilirdi. Lakin hələ də təmin edilməyib. Rusiya Qızıl Xaç cəmiyyətinin ərzaq maşını Bərdədə, "Bərdə" otelinin yanında dayanıb. 

Separatçılar maşının keçidinə imkan vermirlər. Qarabağdakı qondarma rejimin qalıqları anlamır ki, Ağdam-Xankəndi yolu ilə bu yüklərin daşınması qarabağlı ermənilərin cəmiyyətimizə reinteqrasiya prosesinin sürətləndirilməsi prosesinə təkan verəcək, bölgədə sülh və stabilliyin bərqərar olmasında əhəmiyyətli addım olacaq.

Aydın məsələdir ki, Ağdam-Xankəndi yolu ilə bu yükün keçirilməsini istəməyən əsas qüvvələrdən biri separataçıların da arxalandığı Qərb dairələdir. Onlar bu məqsədlə Qızıl Xaç komitəsindən istifadə edirlər. Geosiyasi oyunlara cəlb olmuş Beynəlxalq Qızıl Xaç Komitəsi məsələni süni şəkildə əngəlləyir. Onların Rusiyanın Qızıl Xaç Komitəsinə təzyiqi, arxa planda maneçiliyi təşkilatın əsl simasınl üzə çıxarır. Belə ki, onlar üzdə məsələni dəstəkləyən kimi görünsələr də, reallıq bunun əksini deyir.

BQXK öz missiyasını və öhdəliklərini yerinə yetirməkdənsə, Qərb dairələrinin diqtəsi altında pozuculuqla məşğuldur. Bu da onların beynəlxalq humanitar təşkilat kimi yox, hansısa Qərb təsisatının departamenti kimi fəaliyyət göstərdiyini deməyə əsas verir. Bu təşkilatın Qərbin maraq və mənafelərini ifadə etməsi onların əlində alət olduğunu göstərir.

Bu, təşkilatın ilk maneçiliyi deyil. BQXK müharibə dövründə də pozuculuq fəaliyyəti ilə məşğul olmuşdu. Hətta, onlar erməniləri Füzulidə mühasirədən çıxartmağa da cəhd göstərmişdilər. Maşınlarından qaçaqmalçılıq üçün istifadə olunduğu dəfələrlə faktlarla üzə çıxmış bu komitə yəqin ki, kəşfiyyatçılıq fəaliyyəti həyata keçirmiş də ola bilər. Onların informasiya toplayıb müəyyən mərkəzlərə ötürməsi ehtimalı da var.

Bəxtiyar Umarlı
Milli.Az