Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Akademiyada baş verən yanğın tam söndürüldü

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti Dövlət Sərhəd Xidməti Akademiyasının binasında baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, məlumatda deyilir: "Məlumat verildiyi kimi, bu gün saat 17:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək".

***

Fövqəladə Halar Nazirliyinin Mətbuat xidmətinin az sonra yaydığı ikinci məlumatda isə nazirlik tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş verən yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürüldüyü bildirilir.