Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Albaniyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına işgüzar səfəri dekabrın 8-də başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

-------

Albaniyanın Baş naziri Edi Rama dekabrın 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Milli.Az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az