Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Almaniyada 9 avroluq gediş abonementi qarşıdurmaya səbəb olub

Aylıq nəqliyyat abonementinin qiyməti cəmi 9 avro olacaq? Bu ki xoşbəxtlikdir! Xüsusən ona görə ki, Berlin metrosunda ən ucuz birdəfəlik gediş haqqı 2,5 avroya bərabərdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya federal hökuməti bu yaxınlarda əyalətlərdə aylıq nəqliyyat abonementinin qiymətini 9 avroya endirməyi təklif edib. Gözlənildiyi kimi, bu təklif əyalətlərin hökumətləri tərəfindən çox sərt müqavimətlə qarşılanıb. Əyalətlərin rəhbərləri qarşıdan gələn cümə günü hökumətin bu təklifi Bundestaqda səsverməyə qoyulanda həmin paketi bloklayacaqlarını bildiriblər. Əyalətlərin nəqliyyat nazirlərinin fikrincə, ucuz abonement onların büdcələrində kəsir yaradacaq və payızda qiymətlərin hökmən artırılması ilə nəticələnəcək.

Hökumət əyalətlərə kompensasiya kimi 2,5 milyard avro ayrılacağını vəd edib. Əyalətlər isə hesab edirlər ki, bu məbləğ azdır. Onlar ştatları artırmaq, yanacaqla bağlı əlavə xərcləri ödəmək və ölkədə yerli nəqliyyatın genişlənməsini planlaşdırmaq üçün daha 1,5 milyard avro tələb edirlər.

Milli.Az